“Xalqın adamı” adlı film nümayiş olunub - FOTO

“Xalqın adamı” adlı film nümayiş olunub - FOTO
08 2024 11:54

Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib.

O bildirib ki, Heydər Əliyev fenomenal şəxsiyyət olub:

“Onun Azərbaycan üçün gördüyü işlər barədə yetəri qədər məlumatımız var. Mən ümummilli lider Heydər Əliyevin tikilib başa çatdırılmasında böyük rolu olduğu Baykal-Amur Magistralı (BAM) barədə danışmaq istərdim. Bu magistralın çox strateji əhəmiyyəti var. O, şərqi qərblə birləşdirən bir yoldur. Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Rusiya Prezidenti Vladimir Putinlə görüşən zaman Heydər Əliyevin fəaliyyəti xüsusi vurğulanmışdı”.

Daha sonra baş prokuror Heydər Əliyevin uzaqgörən siyasətindən danışıb:

“Dahi şəxsiyyət sanki Azərbaycanın bu gününü görürdü. Mən onun mediadakı çıxışlarını daim diqqətlə izləyirdim. O, məcburi köçkünlərə deyirdi ki, narahat olmayın, siz öz doğma yurdunuza dönəcəksiniz. Bu deyilən sözlər bu gün üçün hesablanmışdı. Zaman da göstərdi ki, bu hədəflər uzaqda deyil. Biz xoşbəxtik ki, bu uğurların şahidi olduq”.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Xalqın adamı” adlı film nümayiş olunub.


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.